“Gənc istedadlar” liseyinin 7 şagirdi Respublika Fənn Olimpiadalarının finalında

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin 7 şagirdi Respublika Fənn Olimpiadalarının final turuna vəsiqə qazanıb.

 

BDU-dan bildirilib ki, liseyin XI sinif şagirdi Raul Mahmudov Tarix, IX sinif şagirdləri Nihad Həşimov Riyaziyyat, Nəzrin Cəlilova, Rəvan Əli Azərbaycan dili və ədəbiyyat, VIII sinif şagirdləri Cabir Abbasov, Elman Kərimli Kimya, Yusif İbrahimzadə Fizika fənləri üzrə Respublika Fənn Olimpiadalarının yarımfinal turunda qalib gəliblər.



06.03.2023 | 15:40