Tələbələrin Coğrafiya İnstitutunda təcrübəsi başlayıb

 

 

 

Bakı Dövlət Universitetinin (BDU) tələbələri Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda istehsalat təcrübəsi keçirlər.

 

BDU ilə institut arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən,  ali məktəbin coğrafiya fakültəsinin 55, ekologiya fakültəsinin 9 tələbəsi Coğrafiya İnstitutunda təcrübəyə başlayıb.

 

Məqsəd tələbələrin əldə etdikləri biliklərin təcrübi olaraq təkmilləşdirilməsi, onlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki vərdişlərin formalaşdırılması, elmə maraqlarının artırılmasıdır.

 

Təhsil şöbəsinin müdiri Müseyib Yunusov təcrübənin proqramı, görüləcək işlər barədə tələbələrə məlumat verib, onlara uğurlar arzulayıb.

 

İnstitutun elmi katibi coğrafiya üzrə fəlsəfə doktoru Zərnurə Həmidova Coğrafiya İnstitutunun yaranma tarixi, elmi-tədqiqat sahələri, korifey alimləri, coğrafi problemlər, elmi nailiyyətlər  və s. barədə geniş təqdimatla çıxış edib.

 

Sonra coğrafiya elmləri doktoru Sitarə Tarixazər təbii risklər, sürüşmələr, sel hadisələri, onların qarşısını alma üsulları haqqında tələbələri məlumatlandırıb.

 

Qeyd edək ki, təcrübə müddəti 16 fevral - 25 aprel  tarixlərini əhatə edir. Hazırda təcrübəçi tələbələr 6-8 nəfərlik qrupa bölünərək şöbələrin iş prinsipləri, laboratoriyalarda aparılan elmi-tədqiqat işləri ilə tanış olurlar.

 



07.03.2023 | 14:20