“Sürətli oxu"

Şabran rayon ümumtəhsil məktəblərinin IV sinif şagirdləri arasında "Sürətli oxu" müsabiqəsi keçirilib.

        

Müsabiqədə rayonun 28 məktəbindən 60 şagird iştirak edib. Şagirdlər onlara təqdim olunmuş mətni bir dəqiqə ərzində sürətli, düzgün, səlis, intonasiya ilə oxuyub və məzmununu izah ediblər.

        

Müsabiqə şagirdlərdə oxuyub anlama bacarıqlarının formalaşdırılması və mütaliəyə marağın artırılması  məqsədilə təşkil olunub. Müsabiqənin nəticələrinə əsasən Şabran rayon Pirəbədil kənd tam orta məktəbinin şagirdi Lalə Qarayeva I, 2 nömrəli ümumi orta məktəbin şagirdi Fuad Salmanov II, Dəvəçi kənd tam orta məktəbinin şagirdi Ülvi Məlikzadə isə III yerə layiq görülüblər.

                                                               

Şakir CƏFƏROV

 



10.03.2023 | 16:13