Ankara Universiteti ilə əməkdaşlığın yeni perspektivləri müzakirə olunub

Türkiyənin Ankara Universitetinin rektoru professor Necdet Ünüvar Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olub.

 

ADPU-nun rektoru professor Cəfər Cəfərov qonaqla görüşüb. Görüşdə ADPU və Ankara Universiteti arasında qarşılıqlı əməkdaşlıq məsələlərinin vəziyyəti və yeni perspektivlər müzakirə olunub.

 

Görüşdə Ankara Universitetinin sosial elmlər fakültəsinin dekanı professor Orhan Çelik də iştirak edib.

 


Görüşdən sonra rektor C.Cəfərov qonaqları universitetlə yaxından tanış edib. Həmçinin universitetdə Azərbaycan Respublikası Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli tərəfindən sonuncu kurs tələbələri ilə müəllimlərin işə qəbulu imtahanına dair keçirilən maarifləndirici görüşə də qatılan rektor N.Ünüvar tələbələr önündə çıxış edib, təhsilin önəmindən, müəllimlik sənətinin əhəmiyyətindən danışıb. Türkiyəli rektor, eyni zamanda Türkiyə-Azərbaycan qardaşlığına toxunaraq, bu günün tələbələrinin gələcəkdə bu qardaşlığın davamçısı olacaqlarını vurğulayıb.
 



13.03.2023 | 12:14