Miqrasiya proseslərinin idarə olunması ilə bağlı maarifləndirici tədbir

Gəncə Dövlət Universitetində tələbələr arasında “Miqrasiya proseslərinin idarə olunmasında Dövlət Miqrasiya Xidmətinin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

 

Gəncə regional miqrasiya idarəsinin rəisi Orxan Xıdırov çıxış edərək Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, vətəndaşlara göstərilən xidmətlər, qanunsuz miqrasiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri haqqında ətraflı danışıb.

 

Tədbirdə Miqrasiya rejiminə nəzarət bölməsinin rəisi Omar Omarov və idarənin baş inspektoru Xanlar Əsgərov Azərbaycan Respublikasının “Miqrasiya Məcəlləsi” və “İnzibati Xətalar Məcəlləsi”nin əsas maddələri haqqında məlumat veriblər.

 

Sonda tələbələrin sualları cavablandırılıb.

 

 



14.03.2023 | 11:17