Baytarlıq təbabəti ixtisasında təhsil alan tələbələr ilk əməliyyatlarını keçiriblər

Lənkəran Dövlət Universiteti ilə (LDU) Qars Qafqaz Universiteti arasında olan akademik əməkdaşlıq protokolu çərçivəsində sözügedən universitetin baytarlıq fakültəsinin professor-müəllim heyəti LDU-da dərslər keçir, təcrübi məşğələlər aparır.

 

Bu günlərdə LDU-nun Baytarlıq  təbabəti ixtisasının 3-cü tədris ili tələbələri Türkiyənin Qars Qafqaz Universitetinin Veterinar fakültəsinin Doğum və ginekologiya kafedrasından dəvət olunmuş Dr. Prof. Cihan Kaçar ilə birlikdə 4 yaşlı bir dişi pişik üzərində əməliyyat həyata keçirib. Aparılan bu əməliyyat Ovariohysterectomie (qısırlaşdırma) adlanır. Narkoz altında həyata keçirilən bu əməliyyatda pişiyin yumurtalıqları kəsilərək çıxarılıb. Əməliyyatdan sonra pişik təkrar sağlamlığına qovuşub.

 

Xatırladaq ki, LDU-nun Baytarlıq ixtisası V tədris ilinin 12 tələbəsi 28 fevral 2023-cü il tarixindən istehsalat təcrübəsi keçmək üçün Qars Qafqaz Universitetinə gedib. Tələbələrin Türkiyəyə göndərilməsi üçün tələb olunan bütün  xərclər Lənkəran Dövlət Universiteti tərəfindən qarşılanıb. Tələbələr 4 ay müddətində Qarsda təcrübə keçəcək, praktik vərdişlərə yiyələnəcəklər.

 

 

 



14.03.2023 | 17:38