UNEC SCimago reytinqində Azərbaycan birincisidir

SCimago (Scimago Institutions Rankings) reytinq agentliyi 2023-cü il üzrə dünya universitetlərinin reytinqini açıqlayıb.

 

İlk dəfə 2022-ci ildə SCimago reytinqində yer alan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu il ölkəmizdə birinci olub. UNEC reytinqdə dünyanın 8433 universiteti arasında iqtisadiyyat, ekonometrika və maliyyə sahəsi üzrə 691-ci, biznes, menecment və mühasibat sahəsi üzrə 1256-cı yerdədir. Şərqi Avropada isə 803 universitet arasında UNEC iqtisadiyyat, ekonometrika və maliyyə sahəsi üzrə 33-cü, biznes, menecment və mühasibat sahəsi üzrə 69-cü yerə yüksəlib.

 

Bu barədə universitetdən bildirilib.

 

 



14.03.2023 | 19:07