Tələbələr BMT-nin dayanıqlı inkişaf məqsədlərini müzakirə ediblər

Azərbaycan Memarlıq və İnşaat Universitetində Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu, BMT-nin Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfdaşlığı ilə "AzMUN" proqramı çərçivəsində BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri haqqında seminar və “Bootkamping” keçirilib.

 

Universitetdən bildirilib ki, AzUAC MUN Klubun təşkilatçılığı ilə keçirilən tədbirdə 4 dayanıqlı inkişaf məqsədi haqqında məlumatlandırma aparılıb:

 

1.Yoxsulluğa son;

2.Aclığa son;

3.Sağlamlıq və rifah;

4.Keyfiyyətli təhsil.

 

Tədbirdə "Mərkəzi Asiya üzrə Subregional Ofis ölkələrində ərzaq israfı və tullantısının azaldılması” layihəsinin mütəxəssisi Pərviz Əliyev, UNİCEF-in nümayəndəsi Natiq Umarov, gənclər və yeniyetmələrin inkişafı üzrə mütəxəssis və AzMUN Proqramının rəhbəri Leyla Məmmədzadə iştirak ediblər.

 

Seminardan sonra tələbələrlə komanda işləri görülüb. Komanda işində fəal iştirak edən tələbələr sertifikat və hədiyyələrlə mükafatlandırılıb.

 



15.03.2023 | 15:02