Yaponiyalı professorun BDU-da mühazirəsi olub

Yaponiyanın Osaka Prefektura Universitetinin professoru Yong-Gu Şim Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları, gənc tədqiqatçıları və tələbələri üçün keçirilən elmi seminarda “Kolloid yarımkeçirici nanohissəciklər üçün spektroskopik ellipsometriya” (Spectroscopic ellipsometry for colloidal semiconductor nanoparticles) mövzusunda məruzə ilə çıxış edib.  

 

Məruzədə yarımkeçirici nanohissəciklərin onların həcmi analoqları ilə müqayisədə unikal fiziki və kimyəvi xassələrə malik olması ilə əlaqədar kvant-məhdud ölçü təsirindən yaranan və ölçüdən asılı olaraq xarakterik xüsusiyyətlər nümayiş etdirmələri qeyd edilib. Kolloid nanohissəciklərin müxtəlif səthləri örtməkdə istifadə olunması, optik nazik təbəqələr üçün perspektiv materiallar olduğu, bu materiallardan işığın kiçik faizlərlə səpilməsi və qeyri-vakuum mühitində geniş sahəli, nahamar altlıqlar üzərində asanlıqla hopdurulması kimi xüsusiyyətləri haqqında məruzədə ətraflı məlumat verilib.   

 

Professor Yong-Gu Şimnanohissəciklərin nazik birqatlı və ya çoxqatlı təbəqələrindən yararlanmaqla kolloid yarımkeçirici nanohissəciklərin dielektrik funksiya spektrlərinin, eləcə də spektroskopik ellipsometriyadan istifadə edərək nazik təbəqələrin qalınlığı və nanohissəciklərin say sıxlığı kimi struktur parametrlərinin  aydınlaşdırılması metodu haqqında da danışıb.  

 

Daha sonra Yong-Gu Şim verilən sualları cavablandırıb.  

 



16.03.2023 | 16:12