Ali və tam orta təhsil bazasında kolleclərə sənəd verənlərin sayında artım müşahidə olunur

Ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclər) sənəd verənlərin sayında artım müşahidə olunur.

 

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması, onun ötən illərlə müqayisəli statistikası və buraxılış imtahanlarının gedişatı ilə əlaqədar keçirdiyi mətbuat konfransında söyləyib.

 

Onun sözlərinə görə, bu il 107 min 188 abituriyent ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olmaq üçün öz ərizəsini təsdiq edib. Ötən il bu rəqəm 99 min 538 nəfər olub: “83 min 717 abituriyent ərizəsində həm ali, həm də tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istədiklərini qeyd edib. Bu il ərizə qəbulunda iştirak edən abituriyentlərdən 84 min 159 nəfər cari ilin, 23 min 029 nəfər isə əvvəlki illərin məzunlarıdır. 98 min 119 nəfər Azərbaycan bölməsi, 9069 nəfər isə rus bölməsi üzrə sənəd verib”.

 

Azərtac

 

 



17.03.2023 | 11:56