SOCAR-ın prezidenti Gənc İstedadlar Proqramına seçilmiş gənclərlə görüşüb

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) Gənc İstedadlar Proqramına (GİP) seçilmiş gənclərlə görüş təşkil olunub.

 

Tələbələr öncə SOCAR-da Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi və Azərbaycan Nefti sərgisi ilə tanış olublar.

 

Daha sonra GİP-də iştirak edən tələbələrlə SOCAR-ın prezidenti Rövşən Nəcəfin görüşü keçirilib. GİP-in iştirakçılarını təbrik edən R.Nəcəf şirkətin korporativ hədəflərinə çatmasında istedadlı gənclərin rolundan və əhəmiyyətindən bəhs edib.

 

Proqramın bundan öncəki qaliblərinin nailiyyətləri ilə bağlı çıxışdan sonra görüş müzakirələr formatında davam etdirilib.

 



18.03.2023 | 13:00