“Heydər Əliyevin Çinə tarixi səfəri” mövzusunda inşa müsabiqəsi

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tələbələri və Çin dili kurslarının dinləyicilərini “Heydər Əliyevin Çinə tarixi səfəri” mövzusunda inşa müsabiqəsinə dəvət edib.

 

ADU-dan bildirilib ki, müsabiqə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilib. Müsabiqəyə Azərbaycan, Çin və rus dillərində yazılmış fərdi inşalar qəbul olunur. Çin dilində olan inşalar qiymətləndirilərkən dil biliyinin səviyyəsi də nəzərə alınacaq.

 

Qaliblər üç dərəcə üzrə diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq, bütün iştirakçılara isə sertifikatlar veriləcək.

 

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bildirib ki, müsabiqənin məqsədi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi irsinin öyrənilməsində tələbələrin elmi-tədqiqat potensialını inkişaf etdirməkdir.

 

 



28.03.2023 | 11:43