LMQS layihəsi çərçivəsində Qazaxıstanda görüş keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+ KA2” proqramı çərçivəsində həyata keçirilən “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistr hazırlığı” (LMQS) layihəsi çərçivəsində növbəti menecment görüşü keçirilib.

 

Yunanıstanın Qərbi Attika Universitetinin təşkilatçılığı ilə keçirilən menecment görüşü Qazaxıstanın Almatı şəhərində təşkil olunub.  

 

Əl-Fərabi adına Qazax Milli Universitetinin ev sahibliyi ilə keçirilən görüşdə AzTU-nu layihənin koordinatoru, professor Həsən Hüseynov təmsil edib.

 

Görüş zamanı bakalavriat və magistratura səviyyələrində yeni ixtisaslar üzrə hazırlanan peşə kadrlarının vəziyyəti, bu ixtisaslarda  tədrisə cəlb olunmuş akademik heyətin Qərbi Attika Universitetində təkmilləşdirmə kurslarında iştirakı, tərəfdaş universitetlərdə reallaşdırılmış proqramlar, əldə edilən nəticələr, layihə çərçivəsində universitetlərdə qurulan infrastruktur və digər məsələlər müzakirə olunub.

 

Bundan başqa, Qərbi Attika Universitetinin təklif etdiyi ikili diplom layihələri ilə bağlı fikir mübadiləsi aparılıb. 

 

 



30.03.2023 | 11:23