Aziz Sancar adına tədqiqat mükafatı elan olunub

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) kimya üzrə Nobel mükafatçısı, UNEC-in Fəxri doktoru Aziz Sancar adına tədqiqat mükafatı elan edib.

 

Universitetdən bildirilib ki, mükafat UNEC-də yüksək keyfiyyətli tədqiqat fəaliyyətlərini dəstəkləmək və akademik heyəti bu istiqamətdə stimullaşdırmaq məqsədi ilə təsis olunub.  Müsabiqəyə UNEC əməkdaşlarının  Qida təhlükəsziliyi, Qida Elmləri və Texnologiyası, Biokimya, Mikrobiologya, Biotexnologiya sahələri üzrə dərc edilmiş elmi məqalələri qəbul edilir.

 

Mükafat fondu 10.000 manat məbləğində pul və diplomdan ibarətdir. Müsabiqə ildə bir dəfə keçirilir və 1 elmi əsərə görə  müəllifə (müəlliflərə) verilir. Əsərin 1-dən çox müəllifi olduğu halda, pul mükafatı onlar arasında bərabər şəkildə bölünür.

 

Müsabiqədə iştirak üçün müraciətlər 1 iyundan - 30 iyunadək qəbul edilir.

 

Mükafata təqdim edilən əsərlər Müsabiqə Komissiyası tərəfindən müvafiq meyarlar əsasında qiymətləndiriləcək.

 

Müsabiqə ilə bağlı müraciətləri azizsanjarlab@unec.edu.az e-mailinə ünvanlamaq mümkündür.

 

 



03.04.2023 | 10:03