“Boston Consulting Group”un rəhbərliyi Bakı Ali Neft Məktəbində

İdarəçilik üzrə ən böyük qlobal konsaltinq şirkətlərindən olan "Boston Consulting Group”un icraçı direktoru və tərəfdaşı Vladimir Roqov, məsləhətçisi Yevgeni Kokurin, işə qəbul üzrə rəhbəri Polina Rasskazova və baş mütəxəssisi Nərgiz Adıgözəlovadan ibarət nümayəndə heyəti  Bakı Ali Neft Məktəbində (BANM) olub.

 

Rektor Elmar Qasımov nümayəndə heyəti ilə görüşərək konsaltinq üzrə dünyanın 3 ən böyük şirkətindən birinin nümayəndələrini Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə edib. Rektor qonaqlara BANM-ın yaranması, buradakı tədris prosesi, Prezident təqaüdçülərinin sayına görə ölkə birincisi olması, məzun və tələbələrin yüksək göstəriciləri barədə məlumat verib. Görüşdə perspektiv əməkdaşlıq imkanları müzakirə olunub. 

 

Sonra şirkət nümayəndələrinin tələbələrlə görüşü keçirilib. Onlar tələbələrə “Boston Consulting Group”un yaranma tarixi, qlobal nümayəndəlikləri, fəaliyyət istiqamətləri, xidmət göstərdikləri sektorlar barədə məlumat veriblər. Şirkət nümayəndələri, həmçinin iş prinsipləri, işə qəbul prosedurları və təqdim etdikləri təcrübə proqramları, tələbələrin bu proqramlara müraciət qaydalarından bəhs ediblər. 

 

Qonaqlar sonda Ali Məktəbin kampusu, buradakı laboratoriyalarla tanış olub və yaradılan şəraiti yüksək qiymətləndiriblər. 

 

 



03.04.2023 | 11:53