"9-cu sinif şagirdlərinin buraxılış imtahanına psixoloji hazırlığı”

Dövlət İmtahan Mərkəzinin (DİM) mütəxəssisləri tərəfindən "9-cu sinif şagirdlərinin buraxılış imtahanına psixoloji hazırlığı” mövzusunda vebinarın keçirilməsi nəzərdə tutulub.

 

Qurumdan bildirilib ki, vebinarda imtahana psixoloji hazırlığın vacibliyi, imtahan stresi, stresin həyatımıza təsiri və onunla mübarizə yolları barədə danışılacaq.
 

Vebinar 7 aprel saat 17:00-da “Zoom” platforması vasitəsilə ödənişsiz keçiriləcək və “e-psixoloq.az”ın “Instagram” səhifəsində canlı yayımlanacaq.
 

Vebinarın linki həmin gün vebinardan bir neçə saat öncə qeydiyyat zamanı təqdim olunan elektron poçt ünvanına göndəriləcək.
 

Qeydiyyat linki: https://e-psixoloq.az/#banner

 



04.04.2023 | 15:10