Respublika Uşaq Kitabxanasında görüş keçirilib

Bakıdakı 144 və 30 nömrəli tam orta məktəblərin şagirdləri  hekayə və nağıllarını maraqla oxuduqları yazıçı Mehriban Nağıyeva ilə görüşüblər.

 

Respublika Uşaq Kitabxanasında keçirilən görüşdə məktəblilər əvvəlcə ənənəvi kitab sərgisi ilə tanış olublar.

   

Sonra görüş  yazıçının “Lovğa tülkü”, “Paxıl toyuq” nağılları əsasında  şagirdlərin həvəslə hazırladıqları maraqlı kompozisiyaların  təqdimatı ilə davam edib.

 

Yazıçı M.Nağıyeva maraqlı kompozisiyaların hazırlanmasında zəhməti olan hər  kəsə öz təşəkkürünü bildirib, istedadlı şagirdlərə minnətdarlıq edib.

  

Yaradıcılığında   vətənpərvərlik, torpağa, millətə bağlılıq hissləri aşılayan müəllif sonda şagirdlər üçün yeni nəşr olunmuş “Sunayın rəng dünyası” kitabından “Zəfər nəğməsi”, “Xarıbülbül” şeir nümunələrini səsləndirib.  

 

Sifai SƏFƏROVA

 



05.04.2023 | 17:09