"Ən yaxşı elmi məruzə"

Ümummilli Lider Heydər Əliyevin zəngin irsini daim  öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib məsələlərdən biridir. Bu məqsədlə də 2023-cü il  “Heydər Əliyev İli” elan olunub. Bununla əlaqədar ölkəmizin hər yerində  yerli və beynəlxalq əhəmiyyətli forum, konfrans, simpozium, dəyirmi masa və seminarların keçirilməsi nəzərdə tutulub.

 

Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda  da “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlərə start verilib.  İnstitutun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev bildirib ki, institutun Yeni Azərbaycan Partiyası Ərazi Təşkilatının və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə elmi müəssisənin gənc tədqiqatçıları olan doktorant, dissertant və magistrantları arasında "Ən yaxşı elmi məruzə" adlı müsabiqə elan edilib. “01 aprel-01 may 2023-cü il tarixlərini əhatə edən müsabiqə müddətində iştirakçılar son bir ildə apardıqları elmi tədqiqatların ən mühüm nəticələri ilə bağlı təqdimat hazırlayıb ekspertlər qarşısında məruzə edəcəklər.

 

Ekspert Komissiyasının yekun rəyi əsasında I, II və III yerlər üzrə qaliblər seçiləcək, onlara diplom və pul mükafatları təqdim olunacaq.

 

 



06.04.2023 | 12:32