Akademik ADNSU-nun tələbələri ilə görüşüb

Elm və Təhsil Nazirliyinin Neft-Kimya Prosesləri İnstitutunda akademik Vaqif Abbasovla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin SABAH fakültəsinin Kimya mühəndisliyi ixtisası üzrə III kurs tələbələrinin görüşü keçirilib.

 

Akademik Vaqif Abbasov tələbələrə institutda aparılan elmi tədqiqat işlərindən,  kimya elmində baş verən mühüm yeniliklərdən söz açıb və onların suallarını cavablandırıb.

 

Sonra tələbələr Yusif Məmmədəliyevin institutdakı memorial muzeyi ilə tanış olublar.

 

Görüşdə institutun icraçı direktoru dosent Nizami Mürsəlov, Təhsil şöbəsinin müdiri dosent Lalə Əfəndiyeva və institutun baş elmi işçi, SABAH fakültəsinin müəllimi dosent İlhamə Zərbəliyeva da iştirak ediblər.

 



06.04.2023 | 15:17