Şagirdlər Hərbi Qənimətlər Parkında

“Bir günlük tələbə olaq” adlı layihə çərçivəsində ADPU-da ekskursiyada olmuş Mil-Muğan RTİ-dən olan şagirdlər Hərbi Qənimətlər Parkında olublar.

 

RTİ-dən redaksiyamıza verilən məlumata görə, Hərbi Qənimətlər Parkına ekskursiyanın məqsədi şagirdlərə vətənpərvərlik ruhunu aşılamaq, 44 günlük Vətən müharibəsində ordumuzun əldə etdiyi hərbi silah və sursatla şagirdləri əyani tanış etmək olub.

 

Hərbi Qənimətlər Parkında şagirdlər düşməndən qənimət götürülən hərbi texnika, düşmənin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyat vasitələri və digər sursatlarla yaxından tanış olublar.

 

Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarımızda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanlarından hazırlanan lövhə şagirdlərin marağına səbəb olmuşdur.

 

Sonda parkın bələdçiləri şagirdləri maraqlandıran suallara əraflı cavab veriblər.

 

Şakir CƏFƏROV

 



08.04.2023 | 11:33