Türkiyənin ilk milli peyki aprelin 11-də orbitə buraxılacaq

Türkiyənin “İMECE” ilk müşahidə peyki aprelin 11-də kosmosda orbitə buraxılacaq.

 

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün tvitter səhifəsində paylaşım edib.

 

Bildirilib ki, Türkiyənin yerli və milli vasitələrlə istehsal edilən ilk yüksək ayırdetmə qabiliyyətinə malik müşahidə peyki olan “İMECE” aprelin 11-də orbitə buraxılacaq.

 

“Təlim keçmiş insan resurslarımız, təqdim etdiyimiz imkanlar və inkişaf etdirdiyimiz texnologiyalar sayəsində biz qlobal kosmik yarışda mövcud olmağa davam edəcəyik”- deyə  Türkiyə Prezidenti qeyd edib.

 

Azərtac

 



10.04.2023 | 10:41