UTECA-nın elmi-tədqiqat fəaliyyətində müsbət dinamika

Azərbaycan Texnologiya Universitetində (UTECA) elmi-tədqiqat sahəsində son bir ildə müsbət dinamika müşahidə edilib.

 

Universitetdən bildirilib ki, son 6 ayda professor-müəllim heyətinin 85%-dən çoxunun Google Scholar platformasında kabineti yaradılıb. 2020-ci ildə belə kabinetlərin sayı cəmi 3, 2021-ci ildə isə 10 olub.
 

SCOPUS və Clarivate Analytcs bazalarına daxil olan nüfuzlu elmi jurnallarda dərc edilən məqalələrin sayı 2020-ci illə müqayisədə 5 dəfə, 2021-ci illə müqayisədə isə 2,5 dəfə artıb.


Belə məqalələrin sayı 2020-ci ildə 3, 2021-ci ildə 6, 2022-ci ildə isə 15 idi.
 

Artan dinamika respublika elmi jurnallarında da özünü göstərib. Belə ki, respublika elmi jurnallarında 2020-ci ildə 92, 2021-ci ildə 77 məqalə dərc edildiyi halda, 2022-ci ildə 138 məqalə işıq üzü görüb.
 

UTECA əməkdaşları tərəfindən alınan patentlərin sayına gəlincə, göstərici 2022-ci ildə 14 olub. 2020 və 2021-ci illərdə isə əldə edilən patent sayı 7 və 3 olub.


Nailiyyətlər UTECA-nın elmi-tədqiqat fəaliyyətində yeni dövrə qədəm qoyması ilə bağlıdır. Belə ki, kafedralarda aparılan GZİT analizi, keçirilən görüşlər, mükafatlandırma kimi stimullaşdırıcı tədbirlər, mövzulara yenidən baxılaraq kafedralararası əlaqələrin təmin edilməsi və sənaye müəssisələrinin tələblərinə uyğunlaşdırılması müsbət nəticəsini verib.
 

Müvafiq dövlət proqramlarının tələbləri əsas götürülərək kafedralar qarşısında qoyulan tələblər və son altı ayda 10 sənaye müəssisəsi ilə imzalanan əməkdaşlıq memorandumu Azərbaycan Texnologiya Universitetinin elmi-tədqiqat sahəsində daha çox nailiyyətlərə imza atacağından xəbər verir.

 

 



12.04.2023 | 15:10