GDU-da MİQ imtahanlarının nəticələri müzakirə edilib

Gəncə Dövlət Universitetində (GDU) Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsi tərəfindən Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarının nəticələrinin müzakirəsi təşkil olunub.

 

Universitetin tədris məsələləri üzrə prorektoru  Şahin Xurşudov çıxış edərək son dövrlər ali təhsil ocağında tədris və elm sahəsində həyata keçirilən yeniliklər barədə məlumat verib. Bildirib ki, GDU-nun əsas hədəfi müasir dövrün əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı kadrların hazırlanmasıdır.

 

Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev universitetin buraxılış kurs tələbələrinin orta məktəblərdə pedaqoji təcrübələrdə həvəslə iştirak etməsini yüksək qiymətləndirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

İnsan Resursları şöbəsinin məsul əməkdaşları Tükəzban Quliyeva və Ülvi İsmayılov mövzu üzrə təqdimatla çıxış edib, fənlər üzrə statistik məlumatları iştirakçıların nəzərinə çatdırıblar.

 

Görüş zamanı professor-müəllim heyətinin çoxsaylı sualları cavablandırılıb, pedaqoji kadr hazırlığı ilə bağlı qarşıda duran hədəflər müzakirə olunub və təkliflər dinlənilib.

 



12.04.2023 | 12:23