Sertifikatlaşdırma prosesinə dair görüşlər

Təhsil İnstitutu tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dair maarifləndirici görüşlər davam etdirilir.

 

Növbəti görüş Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat, həmçinin ibtidai sinif müəllimlərinin iştirakı ilə təşkil olunub.

 

Görüş zamanı sertifikatlaşdırılmanın mərhələləri, məzmunu haqqında məlumatlar verilib. Sertifikatlaşdırılmanın nəticələrinin təhsilverənlərin karyera inkişafında, əməyin stimullaşdırılması və əməkhaqqının diferensiallaşdırılması tədbirlərində nəzərə alınacağı bildirilib və müəllimləri maraqlandıran müxtəlif suallar cavablandırılıb.

 

 



12.04.2023 | 16:46