“Heydər Əliyev və muzeylərimiz”

Ağcabədi rayonunda Heydər Əliyev Mərkəzinin və Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə ”Heydər Əliyev və muzeylərimiz” adlı tədbir keçirilib. 

 

Tədbirdə Heydər Əliyev Mərkəzinin, Ağcabədi və Ağdam  rayon Tarix-Diyarşünaslıq muzeylərinin, Üzeyir Hacıbəyli adına Uşaq musiqi məktəbinin, Həmidə Məmmədquluzadənin ev- muzeyi filialının, Ağcabədi rayon 8 nömrəli tam orta məktəbin kollektivləri iştirak ediblər.

      

Çıxış edən idarə və müəssisə rəhbərləri mədəniyyətin  inkişafı istiqamətində  Ümummilli Lider Heydər Əliyevin  atdığı tarixi  addımlardan geniş  bəhs ediblər. Vurğulanıb ki, böyük şəxsiyyət  ikinci dəfə hakimiyyətə qayıdandan sonra digər sahələrlə yanaşı, muzey işinin inkişafına da diqqət artırıldı.

 

Bildirilib ki, Prezident İlham Əliyevin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunan “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq milli mədəni irsimizin qorunması prioritet məsələ kimi qarşıya qoyulub.

    

Tədbir 8 nömrəli məktəbin şagirdləri tərəfindən təqdim olunan şeir kompozisiyası, eləcə də  “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı videoçarxın nümayişi ilə başa çatıb.

 

Sifai  SƏFƏROVA

 



14.04.2023 | 17:21