Azərbaycan Dövlət Aqrar Universiteti rəqəmsal idarəetmə sisteminə keçir

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə “TİM Consulting” MMC  birgə əməkdaşlığa başlayıb.

 

Universitetdən bildirilib ki, əməkdaşlıq çərçivəsində ADAU-da bütün proseslər tam şəkildə avtomatlaşdırılaraq rəqəmsal platformaya keçid alacaq. Burada qəbul prosesindən tədrisə hazırlığa, tədrisin aparılmasından imtahanlara, mühasibatlıqdan sənəd dövriyyəsinə, kitabxanadan portallara qədər ən müxtəlif modullar vahid platformada cəmlənəcək.
 

Birgə əməkdaşlıq haqqında müqavilə universitetin rektor vəzifəsini icra edən Zəfər Qurbanovla “TİM Consulting” MMC-nin rəhbəri Teymur Hacıyev arasında imzalanıb.


Rəqəmsal idarəetmə sisteminə keçid tam formada növbəti tədris ilinin başlanğıcınadək yekunlaşacaq.

 



17.04.2023 | 16:13