Bakı məktəblisi dünya çempionatında

Paytaxt məktəblisi Rusiyada keçirilən Universal döyüş üzrə dünya çempionatında II yerə layiq görülüb.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 3 nömrəli tam orta məktəbin XI sinif şagirdi Mehman Səfərov 95 kiloqram çəki dərəcəsində uğurla çıxış edib.

 

Çempionatın nəticələrinə əsasən, M.Səfərov diplom və medallarla təltif olunub.

 

Qeyd edək ki, bu, məktəblinin ilk uğuru deyil. O, bir sıra ölkədaxili və beynəxalq səviyyəli yarışlara qatılaraq parlaq uğurlara imza atıb.

 



03.10.2018 | 10:22