AzTU əməkdaşı ABŞ-da beynəlxalq konfransda iştirak edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzinin əməkdaşı İltifat İbrahimov ABŞ-ın Luiziana ştatının Yeni Orlean şəhərində keçirilən “Ellucian Live 2023” beynəlxalq konfransında iştirak edib.

 

Konfrans çərçivəsində “Ellucian Experience” sistemindən istifadə edən universitet əməkdaşları ilə təcrübə mübadiləsi aparılıb, sistemin gələcək inkişafı haqqında məlumatlar əldə edilib.

 

Səfər zamanı AzTU əməkdaşı Vaşinqton şəhərində yerləşən Amerika Universitetinin kitabxanasını ziyarət edib, kitabxananın rəhbəri və İKT departamentinin direktoru ilə görüşüb.

 

Görüş zamanı Amerika Universitetinin kitabxanasında istifadə edilən menecment sistemi, rəqəmsallaşdırma texnologiyaları və standartları, rəqəmsal repozitariya sisteminin tətbiqi və informasiya resurslarının universitetin digər sistemlərinə inteqrasiyası ilə bağlı fikir mübadiləsi aparılıb.

 

 



18.04.2023 | 12:13