Yeniyetmələrin basketbol birinciliyi başa çatıb

Yeniyetmələr arasında basketbol üzrə Naxçıvan Muxtar Respublikası birinciliyinə final və üçüncülük uğrunda keçirilən görüşlə yekun vurulub.

 

Naxçıvan Dövlət Universitetinin idman kompleksində keçirilən yarışın həlledici qarşılaşmasında “Naxçıvan” və “Ordubad” komandaları çıxış ediblər. İki komanda arasındakı rəqabətdə “Naxçıvan” komandası qalib olub. Üçüncü yer uğrunda oyunda “Kəngərli” ilə qarşılaşan “Culfa” qələbə sayəsində ilk üçlüyü tamamlayan komanda olub.

 

İlk üç yerin sahibi olan komandaların üzvlərinə diplom və kubok təqdim edilib.   

 

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil  nazirlikləri və Naxçıvan Basketbol Federasiyası tərəfindən birgə təşkil olunan yarış 2 gün davam edib.  Birincilikdə 6 komanda “play-off” əsasında mübarizə aparıb.

 



19.04.2023 | 12:44