LDU-da turizmlə bağlı maarifləndirici tədbir keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) Dövlət Turizm Agentliyi və Lənkəran Turizm İnformasiya Mərkəzi əməkdaşlarının birgə  tədbiri keçirilib.

 

Tədbirdə çıxış edən Turizm könüllüləri təşkilatının rəhbəri Rəminə Salayeva  təşkilata  üzv olmağın üstünlüklərindən, regional layihələrdən , gələcəkdə tələbələrin bu sahədə karyera qurmaları, əsl mütəxəssis kimi yetişmələrində və əmək bazarında uğur əldə etmələrində  təşkilatın rolundan danışıb.

 

Tədbirdə “Turizm və otelçilik”, “Turizm işinin təşkili” ixtisasları üzrə bakalavr və magistrlər, regional layihələrin idarə edilməsi üzrə mütəxəssislər, fakültə rəhbərliyi iştirak edib.

 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 



26.04.2023 | 17:00