Tələbələr Beynəlxalq Astronavtika Konqresində iştirak hüququ qazanıblar

2-6 oktyabr 2023-cü il tarixində Azərbaycanda 74-cü Beynəlxalq Astronavtika Konqresi keçiriləcək. Azərbaycan Dövlət Pedaqoji Universitetinin SABAH qruplarının tələbələri də 50 ildən sonra ölkəmizdə baş tutacaq bu konqresdə iştirak hüququ qazanıblar. “Riyaziyyat və informatika” müəllimliyi ixtisası üzrə təhsil alan III kurs tələbələri Tünzalə Məmmədova və Rəvan  Hacıyev “The role of mathematics in astronomy” adlı bir məqalə, IV kurs tələbəsi Gülnar Qasımzadə, V kurs tələbələri Mətanət Əhmədova və Fəridə Qasımova isə “GalaXy 101” və “The sicience of astronomy” adlı iki məqalə ilə konqresdə çıxış edəcəklər.

 

 



26.04.2023 | 18:48