LDU-da “Bədii qiraət” müsabiqəsi

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə “Bədii qiraət” müsabiqəsi keçirilib.

 

Filologiya və ibtidai təhsil fakültəsinin dekanı dosent Elman Mirzəyev 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin sərəncamını xatırladıb, Lənkəran Dövlət Universitetində bu istiqamətdə silsilə tədbirlərin keçirildiyini qeyd edib.

 

Daha sonra “Bədii qiraət” müsaqibəsinə qatılan tələbələrin ifasında Ulu Öndərə  həsr olunan, o cümlədən vətənpərvərlik mövzusunda şeirlər dinlənilib. Tədbirin yekununda münsiflər həyətinin rəyi əsasında müsabiqənin qalibləri müəyyənləşdirilib. “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının II tədris ili tələbəsi İstək Maliyeva I,  I tədris ili tələbəsi Günel Əliyeva II, III tədris ili tələbəsi Aytəkin Ağazadə III yeri tutublar.

       

 

 



29.04.2023 | 10:15