“Əyanidən mücərrədə” adlı sərgi təşkil edilib

Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Elmi Cəmiyyətinin (TEC) nəzdində fəaliyyət göstərən “Pi Klubu”nun təşkilatçılığı ilə tələbə və orta ümumtəhsil müəssisəsində təhsil alan şagirdlər üçün “Əyanidən mücərrədə” adlı sərgi təşkil olunub.

 

Sərgi BMU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Gənc tədqiqatçıların VII beynəlxalq elmi konfransı” (28-29 aprel) çərçivəsində keçirilib.

 

Sərginin məqsədi riyaziyyatı tədrisi üsullarla aid olduğu dərsdə tamamilə vizuallaşdırmaq, riyaziyyatı əllə toxunan hala gətirməklə əyanidən mücərrədə keçidi tamamlamaqdır. Şagirdlər riyaziyyatda əvvəlcə  əyaniliyi görməli, əli ilə toxunmalı, hiss etməlidir və bu, onların riyaziyyatın vizuallaşdırılması ilə mücərrədliyə, virtuallığa daha rahat keçid edə bilməsinə yardımçı olur. Bu baxımdan, sərgidə nümayiş etdirilən layihələr “gözlərin görmədyi, qulaqların eşitmədiyi, xəyalların təsəvvür edə bilməyəcəyi” prinsiplər əsasında yerinə yetirilib.

 

BMU müəllimlərinin elmi rəhbəri olduğu layihələr riyaziyyat və informatika kafedrasının II, III, IV kurs tələbələri ilə yanaşı, mühəndislik fakültəsinin energetika mühəndisliyi kafedrasının tələbələri tərəfindən hazırlanıb.

 

100-dən artıq layihənin nümayiş etdirildiyi sərgi ziyarətçilər tərəfindən maraqla və rəğbətlə qarşılanıb.

 



29.04.2023 | 20:03