Təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dair görüşlər davam edir

Təhsil İnstitutu tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dair maarifləndirici görüşlər davam etdirilir.

 

Növbəti görüşlər Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən xüsusi təhsil müəssisələrində, həmçinin Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin iştirakı ilə təşkil olunub.

 

Hər iki görüşdə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təşkili qaydaları, məzmunu və çərçivə sənədi ilə bağlı ətraflı məlumat verilib, müəllimləri maraqlandıran suallar cavablandırılıb.

 

Görüş zamanı sertifikatlaşdırmanın mərhələləri, məzmunu haqqında məlumatlar verilib, sertifikatlaşdırmanın nəticələrinin təhsilverənlərin karyera inkişafında, əməyin stimullaşdırılması və əməkhaqqının differensiallaşdırılması tədbirlərində nəzərə alınacağı bildirilib.

 

Sonda təhsilverənləri maraqlandıran suallar cavablandırılıb.

 

 



29.04.2023 | 15:46