İntellektual yarış

Lənkəran Dövlət Universitetində (LDU) Ümummilli Lider Heydər Əliyevin  100 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər davam edir. Növbəti belə tədbir LDU-nun Elmi kitabxanasında keçirilən intellektual yarışma olub. LDU Tələbə Həmkarlar və Tələbə Gənclər Təşkilatlarının birgə təşkilatçılığı ilə keçirilən yarışmaya ümumilikdə 29 komanda qatılıb.

 

Komandalar  intellektual bacarıqlarını 2 turda nümayiş etdiriblər. Daha yaxşı oyun nümayiş etdirən “001” komandası I,  “Edelveys” II,  “Xəmsə” komandası III yeri tutub.

 

Yarışmanın sonunda LDU Həmkarlar İttifaqının sədri Vaqif Quliyev çıxış edərək  bilik yarışmasında uğur qazanan komandaları təbrik edib, tələbələrə növbəti intellektual yarışmalarda uğurlar arzulayıb.

        

I yeri tutan komanda kubok, diplom və medalla təltif olunub.  II və III yerləri tutan komandalara  diplom və medallar təqdim edilib.

 



01.05.2023 | 15:13