ADAU-nun 7 əməkdaşı Azərbaycanın ən reytinqli 1000 elm adamı siyahısında

Bir neçə ildir ki, beynəlxalq elmmetriya qurumu olan National H-index Ranking ölkələrin elmi göstəricilərinin hesabatını açıqlayır. Bu portal vasitəsilə ölkəmizin elmi müəssisələri və elm adamlarının elmi məhsuldarlığını obyektiv və şəffaf şəkildə görmək mümkündür. Sözügedən platforma Google Scholar məlumatları (istinad və h-indeksi) əsasında hazırlanan siyahıda Azərbaycanın ən reytinqli 1000 elm adamının adını açıqlayıb. Bu siyahıda Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 7 əməkdaşı da yer alıb.

 

Bu barədə ADAU-dan bildirilib.

 



02.05.2023 | 11:42