Şamaxıda BDU-nun kitabxanasının açılış mərasimi

“Heydər Əliyev İli” çərçivəsində Şamaxı rayonunun Göylər kənd 2 saylı tam orta məktəbində Bakı Dövlət Universitetinin (BDU) kitabxanasının açılış mərasimi keçirilib.

 

Tədbirdə çıxış edən Şamaxı rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, BDU-nun rektoru Elçin Babayev, İzrailin Holon Texnologiya İnstitutunun prezidenti professor Eduard Yakubov, BDU-nun sosial elmlər ve psixologiya fakultəsinin dekanı Rövşən Cavadov, universitetin psixologiya kafedrasının müdiri Səxavət Əliyeva və Dağlıq-Şirvan Regional Təhsil İdarəsinin rəhbəri Rövşən Əliyev Ulu Öndərin “Təhsil millətin gələcəyidir” fikrini vurğulayaraq, bu gün cəmiyyətdə milli- mənəvi dəyərlərimizin qorunmasında təhsilin əhəmiyyəti, rayonda və bütün ölkədə bu sahədə görülən işlər, təhsilə göstərilən dövlət qayğısı barədə söz açıblar.

 

Əsrlər boyu çox sayda ədiblər yetişdirən Şamaxıda bu təşəbbüsün həyata keçirilməsinin, BDU kitabxanasının rayonda təhsil alan gənclərin istifadəsinə verilməsinin onlar üçün əvəzsiz töhfə olması barədə fikir bildiriblər.

 

Tədbirin sonunda şagirdlərin ifasında şeir və  rəqs nömrələri nümayiş olunub.

 

 



02.05.2023 | 12:00