Kimyaçı alim “Chemistry & Biodiversity” jurnalının rəyçi sertifikatına layiq görülüb

Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev dünyaca məşhur “Wiley” nəşriyyatının “Kimya və biomüxtəliflik” (Chemistry & Biodiversity) jurnalının redaksiya heyəti tərəfindən növbəti beynəlxalq rəyçi sertifikatına layiq görülüb.

 

İnstitutdan bildirilib ki, o, 2022-ci ildə təqdim olunan hər bir əlyazmanı dəqiq və dürüst araşdıraraq, onun dərc olunması üçün uyğunluğu barədə obyektiv rəy verməklə sözügüdən jurnalın nüfuzlu beynəlxalq bazalarda mövqeyinin möhkəmlənməsi, nüfuzunun artırılması və elmmetrik göstəricilərinin yüksəldilməsinə verdiyi töhfələrə görə sertifikatla təltif olunub.

 

“ Chemistry & Biodiversity” təbiətin molekulyar səviyyədə necə işlədiyinə dair anlayışımızı genişləndirmək məqsədi ilə kimya və biologiya elmləri arasında sərhəddə yerləşən bütün tədqiqat sahələrini əhatə edir. Nəşr tədqiqat məqalələri, dəvət olunmuş rəylər və perspektivlər şəklində həm sahəyə, həm də fənlərarası töhfələri dərc edir, kimyanın bütün sahələrini və ona bitişik sahələri əhatə edən resenziyalı elmi jurnaldır.

 

Jurnal Science Citation Index Expanded və Scopus-da indekslənir.

 

Journal Citation Reports-a əsasən, jurnalın impakt faktoru 2.745-ə bərabərdir.

 

 



02.05.2023 | 17:07