“Azərbaycan” qəzetinin (1918-1920) tam külliyyatı latın qrafikası ilə nəşr olunub

ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin orqanı olan “Azərbaycan” qəzetinin (1918-1920) tam külliyyatı ərəb qrafikalı əlifbadan latın qrafikalı müasir Azərbaycan əlifbasına köçürülərək, lüğət, izahlar, şərhlər və adlar göstəricisi əlavə edilməklə nəşr olunub. Universitetdən bildirilib ki, bugünədək “Azərbaycan” qəzetinin (1918-1920) bir xüsusi buraxılışı və 5 nüsxəsi Azərbaycan əlifbasına köçürülüb.


Qəzetin oxucular üçün əlçatan olması və elmi tədqiqatlarda istifadə olunması məqsədilə hazırlanan nəşrləri elektron versiyada aşağıdakı keçiddən oxuya bilərsiniz: https://ada.edu.az/azerbaijannewspaper

 



08.05.2023 | 13:08