Təhsildə süni intellekt

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnformasiya kommunikasiya texnologiyaları mərkəzinin direktoru Sərxan Talıbzadə “Təhsildə süni intellekt” adlı təqdimat keçirib.

 

Təqdimatda AzMİU-nun rektoru, prorektorlar, dekanlar, kafedra müdirləri və tədris-köməkçi heyətin bir qrup üzvü iştirak edib.

 

S.Talıbzadə təqdimatında süni intellektlə bağlı nəzəri və praktik tendensiyaları diqqətə çatdırıb. Təqdimatda süni intellektin  imkanlarından istifadə edərək universitetin bir sıra sahəsi üzrə səmərəliləşdirmə yolları təklif edilib. Qeyd olunub ki, idarəetmə, qərar qəbuletmə, planlaşdırma, plagiatlığa qarşı mübarizə və bu kimi digər sahələr üzrə iş prosesinin effektivliyini əhəmiyyətli dərəcədə artırmaq mümkündür.

 

Təqdimatdan sonra S.Talıbzadə verilən sualları cavablandırıb və toxunulan məsələlərlə bağlı müzakirələr aparılıb. Qeyd olunub ki, universitetdə süni intellektin imkanlarından effektiv yararlanmaq məqsədilə süni intellekt laboratoriyasının yaradılması və bu istiqamətdə tədqiqatların genişləndirilməsi vacibdir.

 



12.05.2023 | 12:17