İkili diplom proqramı çərçivəsində fəaliyyət göstərən müəllimlərlə görüş keçirilib

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı çərçivəsində fəaliyyət göstərən müəllimlərlə görüş keçirilib.



Görüşdə çıxış edən universitetin rektor vəzifəsini icra edən Zəfər Qurbanov birgə elmi-tədqiqat işlərinin və araşdırmaların aparılmasının vacibliyini diqqətə çatdırıb. Bildirib ki, ikili diplom proqramı çərçivəsində təhsil alan tələbələr gələcəkdə ölkəmizin kənd təsərrüfatına mühüm töhfələr verəcəklər.



Z.Qurbanov deyib ki, bu gün iki qardaş ölkə arasında münasibətlər bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də çox yüksək səviyyədədir. ADAU ilə Ege Universiteti arasında həyata keçirilən ikili diplom proqramı da bu münasibətlərin bariz nümunəsidir.



Sonra Ege Universitetinin professor-müəllim heyətinin fikir və təklifləri dinlənilib, sualları cavablandırılıb.

 



12.05.2023 | 12:41