AzTU-da Dünya Robot Olimpiadasına hazırlıqla bağlı infosessiya

Azərbaycan Texniki Universitetində (AzTU) Dünya Robot Olimpiadasına hazırlıqla bağlı məlumatlandırma sessiyası keçirilib. Tədbirdə çıxış edən AzTU-nun prorektoru Rəşad Əliyev olimpiadada iştirak qaydaları, mərhələlər və digər vacib məqamlar haqqında tələbələrə ətraflı məlumat verib. R.Əliyev ötən il Dünya Robot Olimpiadasında 3-cü yerə layiq görülən AzTU-nun "Platon Tech" komandası barədə də danışıb. Bildirib ki, ötən il 76 ölkədən 2000-dən çox iştirakçının qatıldığı Dünya Robot Olimpiadasında AzTU komandası "Future innovators senior" nominasiyası üzrə dünya üçüncüsü olub. Rəşad Əliyev onu da vurğulayıb ki, tələbələrin beynəlxalq yarışlara hazırlaşmaları üçün AzTU-da hər cür şərait yaradılıb.

 

Daha sonra ötən il Dünya Robot Olimpiadasında 3-cü yerə layiq görülən AzTU-nun "Platon Tech" komandasının üzvləri bu istiqamətdə təcrübələrini tələbələrlə bölüşüb.

 

İnfosessiya çərçivəsində Gənclər və İdman Nazirliyinin nümayəndələri Dünya Robot Olimpiadasında iştirakla bağlı tələbələrin suallarını cavablandırıb.

 

 



15.05.2023 | 17:57