ADU ilə Urgenç Dövlət Pedaqoji İnstitutu arasında memorandum imzalanıb

Özbəkistanın Urgenç Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinin dekanı Zəfər Adilovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dillər Universitetində (ADU) olub.

 

ADU-nun rektoru akademik Kamal Abdulla ilə görüşən nümayəndə heyəti iki ölkə arasındakı təhsil və elm əlaqələri istiqamətində müzakirələr aparıb.

 

Qeyd olunub ki, Urgenç Dövlət Pedaqoji İnstitutu və Azərbaycan Dillər Universiteti arasında gələcək əməkdaşlıqla bağlı geniş perspektivlər mövcuddur. Bu əməkdaşlıq tələbə mübadiləsi, birgə konfranslar, seminarlar və s. şəklində həllini tapa bilər.

 

Sonra iki ali təhsil müəssisəsi arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.

 

 



16.05.2023 | 12:02