UNEC-də əmək sərgisi

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzinin, rəqəmsal iqtisadiyyat fakültəsinin və UNEC-in Tələbə Həmkarlar İttifaqı Təşkilatının birgə təşkilatçılığı ilə İT sahələri üzrə əmək sərgisi keçirilib. 

 

UNEC və "Coders Azerbaijan" akademiyası arasında imzalanan memorandum çərçivəsində universitetin 3 saylı tədris binasında keçirilən əmək sərgisində İT ixtisasları üzrə 8 fərqli istiqamətə dair stendlər qurulub.

 

Stendlərdə Frontend, Backend, DevOps, Mobile App, Data Science, İT Business Analyst, UI/UX, Kibertəhlükəsizlik ixtisasları üzrə tələb olunan bilik və bacarıqlar,  təcrübə proqramları və vakant iş yerləri haqqında məlumatlar təqdim olunub. "Coders Azerbaijan"-ın müəllim-mentor heyəti hər bir istiqamət üzrə tələbələrin suallarını cavablandıraraq, müraciət edənlərin qeydiyyatını aparıblar.

 

Qeyd edək ki, əməkdaşlıq çərçivəsində akademiyanın UNEC tələbələri üçün təşkil etdiyi xidmətlər ödənişsizdir.

 

 



16.05.2023 | 16:14