“İqlim dəyişmələrinin biomüxtəlifliyin qorunmasına təsiri”

Beynəlxalq İqlim Günü ilə əlaqədar Gəncə Dövlət Universitetində “İqlim dəyişmələrinin biomüxtəlifliyin qorunmasına təsiri” mövzusunda görüş keçirilib.

 

Görüşdə Göygöl Milli Parkının əməkdaşları, universitetin ekologiya və təbiəti mühafizə kafedrasının professor-müəllim heyəti, tələbələr iştirak ediblər.

 

İqlim dəyişmələrinin ətraf mühitə, biomüxtəlifliyə təsiri, iqlimə uyğunlaşma və iqlim dəyişmələrinin fəsadları ilə bağlı tələbələrə məlumat verilib. Meşə sahələrinin genişləndirilməsi, həmçinin mühafizəsi üzrə atılan addımlardan, biomüxtəlifliyin qorunmasının aktuallığından geniş bəhs edilib. Gənclərin ekoloji maarifləndirilməsinin önəmi vurğulanıb.

 

Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

 

 



17.05.2023 | 12:49