Elmi şurada hesabatlar dinlənilib

Gəncə Dövlət  Universitetində (GDU) Elmi şuranın 2018-2019-cu tədris ili üçün ilk iclası keçirilib.

 

Əvvəlcə  universitetin rektoru, professor Yusif Yisibov şura üzvlərini gündəlikdəki məsələlər barədə məlumatlandırıb.

 

Sonra Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Fəxrəddin Məmmədovun 2017-2018-ci tədris ilinin yaz və yay imtahan sessiyasının yekunu və yeni tədris ilində qarşıda duran vəzifələr haqqında hesabatı dinlənilib.

 

İnzibati təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənov universitetin maddi-texniki bazasının genişləndirilməsi və aparılmış təmir işləri haqqında hesabat verib.

 

Elmi şurada həmçinin Filologiya fakültəsinin dekanı professor Mübariz Yusifov fakültənin 5 illik fəaliyyəti haqqında  çıxış edib.

 

Sonda rektor Yusif Yusibov universitetin yeni elmi ad almış əməkdaşlarına fəlsəfə doktoru diplomlarını təqdim edib və gənc alimlərə gələcək elmi, pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.

 



07.10.2018 | 10:41