NDU-nun tələbəsi Rumıniyada keçirilən beynəlxalq festivalda I yerin qalibi olub

Rumıniyanın İaşi şəhərində keçirilən dünya universitetlərarası “International Events”(Beynəlxalq Tədbirlər) festivalında 23 ölkə arasından Naxçıvan Dövlət Universitetini (NDU) təmsil edən, tədrisi ingilis dilində aparılan “İqtisadiyyat” ixtisası üzrə III kurs tələbəsi Məmmədəli İsmayıllı I yerin qalibi olub.

 

Festivalda iştirakçıların dil biliyi, eyni zamanda mənimsədiyi dillərin mədəniyyəti haqqında bilikləri yoxlanılıb. Azərbaycan, türk, Koreya və özbək dillərini mükəmməl şəkildə bilən M.İsmayıllı Azərbaycan və Naxçıvan Dövlət Universiteti haqqında təqdimat edib və I yerə layiq görülüb.

 

Məlumat üçün bildirək ki, 2-3 may 2023-cü il tarixində Rumıniyanın Sefan cel Mare Universitetinin iqtisadiyyat, idarəetmə və biznes fakültəsi həm Avropa İttifaqı,  həm də beynəlxalq tərəfdaşlarını Rumıniyanın Suçava şəhərinə dəvət edərək, “Beynəlxalq Tədbirlər” festivalının ilk buraxılışını təşkil edib. Tədbirin məqsədi ümumi iş məkanının yaradılması, tərəfdaşlar arasında əlaqələrin gücləndirilməsi, tədris və elmi tədqiqatlar sahəsində yeni əməkdaşlıqların əsasının qoyulması olub. Tədbir tələbələrin təhsili və təlimi ilə bağlı ümumi prinsip və məqsədləri olan üç qitənin professor-müəllim heyəti arasında kollegiallıq və əməkdaşlıq əlaməti altında keçib.

 



18.05.2023 | 19:43