BDU “Təhsil festivalı”nda təmsil olunub

Astarada Elm və Təhsil Nazirliyi, Astara Rayon İcra Hakimiyyəti, Lənkəran-Astara Regional Təhsil İdarəsi, Lənkəran Regional Mədəniyyət İdarəsi, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə "Təhsil festivalı”  təşkil edilib.

 

5000-dən artıq izləyicinin iştirak etdiyi festivalda Bakı Dövlət Universiteti (BDU) son illərdə qazandığı təhsil və elm nailiyyətləri ilə təmsil olunub. BDU-nun stendində universitetin "TEKNOFEST-2023" festivalında qalib gəlmiş ixtiraları, son illərdə dərc edilmiş dərsliklər, elmi məqalə topluları, "Celestron - Schmidt Cassegrain" teleskopu nümayiş etdirilib.

 

Eyni zamanda, sərgidə 3D printer vasitəsilə BDU Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin heyəti tərəfindən dizayn edilmiş “Dəmir Yumruq” modelinin, teleskop vasitəsilə Günəş üzərində olan ləkələrin təqdimatı həyata keçirilib.

 



22.05.2023 | 11:05