UTECA tələbələri XVI Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak ediblər

Azərbaycan Texnologiya Universitetinin (UTECA) tələbələri Ümumilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş XVI Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak ediblər.


UTECA-dan bildirilib ki, qida mühəndisliyi fakültəsinin 25-ə yaxın tələbəsi dekan Mehman İsmayılovun rəhbərliyi ilə qida sektorunun ən qabaqcıl texnika və texnologiyaları, müasir yenilikləri ilə tanış olub, sərgi çərçivəsində keçirilən təlim və seminarlarda iştirak ediblər.


Qeyd edək ki, Bakı Ekspo Mərkəzində baş tutan XVI Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində ("InterFood Azerbaijan") nümayiş olunan stendlərin 70 faizini xarici şirkətlər təşkil edib.

 



22.05.2023 | 11:27