“StartupFest Gəncə” proqramının qalibi

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “StartupFest Gəncə” proqramının qalibləri ilə görüş keçirilib.

 

Universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov qalib komanda üzvləri - Elgün Mahmudov, Sahib Əsgərov, Elvin Ağayev və Nicat Cəfərovu təbrik edərək, universitetin yeni ideya və startaplarını həyata keçirmək üçün daim öz tələbələrinin yanında olduğunu  bildirib.
 

Vurğulanıb ki, 2 ay davam edən “StartupFest Gəncə” proqramı çərçivəsində startap ideyaları olan 70-dən artıq komanda, 200-dən çox gənc müraciət edib və ilkin mərhələdə seçilən 12 komandaya 8 müxtəlif moduldan ibarət akselerasiya proqramı keçirilib. Modullar çərçivəsində komandalar təlimlərdə qazandıqları bilikləri startap ideyaları üzrə prototiplərin hazırlanmasında istifadə ediblər. Sonda startap komandaları ideyalarını təqdim edib və münsiflər heyəti tərəfindən qiymətləndiriliblər.

 

Qalib olan komandalara hədiyyələr təqdim edilib.

 

 

 



22.05.2023 | 11:58